“Üçtərəfli zirvə görüşü lazım olacaq” - Dmitri Peskov


“Rusiya, Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə üçtərəfli sammit hansısa mərhələdə lazım olacaq”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib:
“Təbii ki, müəyyən mərhələdə bu cür görüşlər zəruri olacaq, lakin onların mümkün olması üçün buna üç tərəfin razılığı və istəyi lazımdır”.
Xatırladaq ki, Rusiya tərəfinin vasitəçiliyi ilə əldə olunan razılaşmaya əsasən, Ermənistan-Azərbaycan sərhədinin şərq istiqamətində dünən saat 18:30-da qarşıdurma dayandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top