Rüstəm Muradov danışıqlara görə məzuniyyətdən təcili geri çağırıldı


Dünən gecə saatlarında Rusiyanın müdafiə naziri Sergey Şoyqu Cənub Hərbi Dairəsinin komandanının müavini Rüstəm Muradovu təcili olaraq məzuniyyətdən geri çağırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Muradovun Azərbaycan tərəfi ilə şəxsən danışıqlar aparmaq üçün Ermənistana gedəcəyi bildirilir.
Qəzet yazır ki, onun geri çağırılması Rusiya hakimiyyətinin bu vəziyyətdə yalnız Rüstəm Muradovun sərt danışıqlar apara biləcəyinə inanması ilə açıqlanır.
Qeyd edək ki, Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin keçmiş komandanı Rüstəm Muradovun məzuniyyətinin dekabrın 5-dək davam etməli olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top