Bakıda dərs vaxtı məktəbdə tikinti aparılır? – VİDEO + AÇIQLAMA


Bakıda 263 saylı məktəbdə dərs vaxtı söküntü və ya tikinti işlərinin aparıldığı iddia olunur.
Məsələ ilə bağlı Yeniavaz.com-a şəhər sakini çəkdiyi videomaterialı göndərib.
Videonu çəkən şəxs iddia edir ki, görüntüdəki tikinti işləri şagirdlərin məktəbdə olduğu vaxt həyata keçirilib.

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən Yeniavaz.com-a bildirildi ki, proses zəruri təhlükəsizlik tədbirləri görülməklə icra olunur.
“”Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin  5 may 2020-ci il tarixli 2014 nömrəli sərəncamına əsasən, Bakı şəhəri 263 nömrəli tam orta məktəbin qəzalı vəziyyətdə olan korpusunun sökülərək yenidən tikintisi işlərinə başlanılıb. İşlərin icrası Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.
Əlavə olaraq onu da qeyd edək ki, aparılan tikinti işləri müvafiq qanunvericiliyin tələblərinə əsasən, tikinti norma və qaydalarına riayət olunmaqla və zəruri təhlükəsizlik tədbirləri görülməklə icra olunur.
Ehtiyac olan ərazilərdə yeni tədris müəssisələri və ya əlavə korpusların inşası təhsilalanların tədris şəraitinin daha da yaxşılaşdırılması məqsədlərinə xidmət edir”.

DİGƏR XƏBƏRLƏR

Top