Moskvada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin 9-cu illik görüşü keçirilir.
Yeniavaz.com Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası aparatının mətbuat xidmətindən bildirilib.
“Görüşdə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və digərləri iştirak edir”, - deyə Rusiya Təhlükəsizlik Şurası aparatının mətbuat xidmətindən bildirilib.