ESİ-nin direktor müavini: “Paşinyan öldürülə bilər”


“Paşinyan sadəcə olaraq öz ekstremistləri tərəfindən öldürülə bilər, çünki Ermənistan cəmiyyətində siyasi terror ənənəsi zəngindir”.
Yeniavaz.com xəbər verir ki, bunu Caliber-a müsahibəsində Moldovanın Effektiv Siyasət İnstitutunun (ESİ) direktor müavini Ruslan Şevçenko deyib.
O bildirib ki, Zəngəzur dəhlizinin tez bir zamanda açılmasının tərəfdarı olan Paşinyan öz vətəndaşlarına bunun zəruriliyinə inandırmaq üçün titanik səylər göstərməli olacaq.
“Bu istiqamətdə kəskin addımlar və dəhlizin qəfil açılması indi Paşinyan üçün təhlükəli ola bilər. O, sadəcə olaraq öz ekstremistləri tərəfindən öldürülə bilər. Çünki Ermənistan cəmiyyətində siyasi terror ənənəsi ən azı bir əsr və ya yarım əsr qədər zəngindir”.
 

DİGƏR XƏBƏRLƏR

Top