Lirə manata nisbətdə bir qədər də ucuzlaşdı - Yeni MƏZƏNNƏ


Bu gün Türkiyənin milli valyutası - lirənin məzənnəsi Azərbaycan manatı qarşısında növbəti dəfə ən aşağı səviyyəyə düşüb.
Yeniavaz.com
 xəbər verir ki, bu gün bir lirə 16,31 qəpiyə bərabər olub.   
Son bir ayda lirə manat qarşısında 11% dəyərdən düşüb.
Qeyd edək ki, bu ilin fevral ayının 22-də lirənin məzənnəsi bu ilin ən yüksək səviyyəsinə - 24,4 qəpiyə yüksəlib.
Onu da bildirək ki, bugünə kimi Türkiyə lirəsi manat qarşısında heç vaxt bu həddə qədər ucuzlaşmayıb. 
Lirə manat qarşısında ən yüksək səviyəyə isə 14 mart 2016-cı il tarixində yüksəlib. Həmin tarixdə 1 lirə 57,9 qəpik olub.

DİGƏR XƏBƏRLƏR

Top