Qazaxıstanda partlayış baş verdi, ölən və yaralananlar var


Qazaxıstanın Şortandı kəndində kazarma tipli evin mənzillərindən birində partlayış baş verib.
Yeniavaz.com “Kazinform”-a istinadla xəbər verir ki,  bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər yayıb. Verilən məlumata görə, qaz balonunun partlaması nəticəsində 3 nəfər vəfat edib, 10 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, alovun söndürülməsinə 39 yanğınsöndürən və 8 texnika cəlb olunub. Hadisənin səbəbləri müəyyənləşdirilir.
 

DİGƏR XƏBƏRLƏR

Top