Bakıda quşçuluq fermasında yanğın olub


Bakının Xəzər rayonunda ümumi sahəsi 1800 m² olan quşçuluq fermasının içərisinə səpilən taxta yonqarı 200 m² sahədə yanıb, yüksək temperaturdan 15 ədəd plastikdən ibarət yem qabı əriyib. 

Bu barədə Yeniavaz.com-a FHN-dən bildirilib.

Məlumata görə, fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top