Ermənistan müdafiə naziri Suren Papikyan və Rusiya müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı baş tutub.
Yeniavaz.com xəbər verir ki, nazirlər Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı danışıblar.
Rusiya müdafiə naziri hərbi əməliyyatların dayandırılması, əsirlərin qaytarılması və vəziyyəti nizamlamaq üçün maksimum səy göstərməyə hazır olduğunu bildirib.