Araz Ağalarov “Trump Tower”in əvəzinə yaşayış kompleksi tikir


Azərbaycanlı iş adamı Araz Ağalarova məxsus "Crocus Group" şirkəti Moskvada "Trump Tower"in yerinə yaşayış massivi tikəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “РБК”yə müsahibəsində milyarderin özü deyib.
“Müasir yaşayış kompleksində iş yerləri və bütün infrastruktur olacaq: mənzillər, uşaq bağçaları, məktəblər, idman mərkəzi, hovuzlar və buz meydançaları”.
Qeyd edək ki, əvvəllər bu ərazidə 14 göydələn, o cümlədən “Trump Tower”in tikilməsi nəzərdə tutulurdu.
 

DİGƏR XƏBƏRLƏR

Top