Ukraynadan Rusiyaya “Donbas” notası


Ukrayna Donbas bölgəsində istehsal olunan məhsulların Rusiya bazarında Rusiya məhsulları ilə bərabər statusa malik olmasını nəzərdə tutan fərmanla bağlı Rusiyaya nota göndərib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi açıqlama verib. Bildirilib ki, sözügedən fərmanın icrası Ukraynanın daxili işlərinə müdaxilə və qanunların pozulması deməkdir.
Qeyd edək ki, Ukrayna hökuməti bildirib ki, sözügedən böhranın həllində Rusiyanı siyasi və diplomatik yola çıxarmaq üçün beynəlxalq dəstək toplamaqda davam edəcək.
 

DİGƏR XƏBƏRLƏR

Top