Bayden 2021-ci ildə Rusiyaya qarşı təklif edilən sanksiyalar paketini üç dəfə rədd etdi


ABŞ prezidenti Co Bayden bu il Milli Təhlükəsizlik Şurasının (SNB) nümayəndələrinin Rusiyaya qarşı təklif etdiyi sanksiyalar paketini üç dəfə rədd edib.

Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, Bayden təklif edilən sanksiyaların kifayət qədər ciddi olmadığını bildirib.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov isə məsələ ilə bağlı açıqlama verərkən bildirib ki, Vaşinqtonun Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməsi iki ölkə arasında münasibətlərin inkişafı üçün ən pis ssenaridir.

Qeyd edək ki, aprelin 15-də Bayden Rusiyaya qarşı yeni sanksiyalar haqqında fərman imzalamışdı.
 

DİGƏR XƏBƏRLƏR

Top