Külək “Jurnalistlər binası”nın damını uçurdu - FOTO + VİDEO


Səbail rayonu, Bibiheybət qəsəbəsi Salyan Yolu 22 ünvanında jurnalistlər üçün inşa olunan 3-cü binanın damını külək atıb. 

Yeniavaz.com “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, əlverişsiz hava binanın bir hissəsinin dam örtüyünü uçurub.

Ərazidə yaşayan sakinlər bildiriblər ki, hələ ki, külək binada başqa fəsadlar yaratmayıb.

Məlumat üçün qeyd edək ki, 3-cü binada hazırda yaşayış yoxdur.

Qeyd edək ki, jurnalistlər üçün tikilən 3-cü binanın özülü 2017-ci ildə qoyulub. Bina 17 mərtəbəli, 255 mənzillidir.


DİGƏR XƏBƏRLƏR

Top