Bayden Çin lideri ilə görüşdə uyğur türklərindən danışıb


ABŞ Prezidenti Cozef Bayden Çin Xalq Respublikasının sədri Si Cinpinlə onlayn görüşündə rəsmi Pekinin Tibet Muxtar Rayonu və Sintezyan-Uyğur Muxtar rayonundaki fəaliyyətindən narahat olduğunu bildirib.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, bu barədə Cozef Baydenlə Si Cinpinin görüşünün yekununa dair Ağ Evin yaydığı açıqlamada bildirilib.
“Prezident Bayden Çin Xalq Respublikasının Sintezyan-Uyğur, Tibet və Honkonqdakı fəaliyyətindən, eləcə də bütövlükdə insan hüquqları ilə bağlı vəziyyətdən narahatlığını bildirib”, - açıqlamada qeyd olunub.
Qeyd edək ki, BMT-də Türkiyə də daxil olmaqla 43 ölkə Sincan Uyğur Muxtar Bölgəsində uyğur türklərinə qarşı insan haqları pozuntularından narahatlığını ifadə edib.

DİGƏR XƏBƏRLƏR

Top