Ermənistan Rusiyadan kömək istədi


Rəsmi İrəvan Moskvanı 1997-ci ildə imzalanan ikitərəfli müqaviləyə uyğun olaraq Ermənistana kömək etməyə çağırıb.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ictimai televiziyanın efirində bəyan edib.
Qriqoryan bildirib ki, hazırkı mərhələdə müraciət şifahi şəkildə rəsmiləşdirilib, sonra isə yazılı prosedur həyata keçiriləcək.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir. Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür.

DİGƏR XƏBƏRLƏR

Top