Millidən uzaqlaşdırılan qapıçı: “Federasiya işçiləri bizimlə xaricə turist kimi gedirlər”


Xəbər verdiyimiz kimi, Azərbaycan Həndbol Federasiyası noyabrın 13-də verdiyi qərarla həndbol millimizin 14 üzvünü sosial şəbəkələrdə və mətbuatda qurum əleyhinə danışdıqları üçün kənarlaşdırıb.
Yeniavaz.com
xəbər verir ki, onlardan biri - əvvəllər “Məhsul” klubunda çıxış etmiş, bu ildən “Bakı” klubuna keçmiş qapıçı Kamil Məmmədzadə oxu.az-a müsahibə verib və bu zaman federasiya ilə bağlı bəzi iddialar səsləndirib:
2007-ci ildən həndboldayam. Həmişə “ABU Arena”da oynamışıq. İndi niyə orada məşq keçə bilmirik, niyə bizim əlimizdən alınıb? Federasiya və ya klublar heç bir oyunçu ilə müqavilə bağlamır. Ona görə də vergi ödəmirik. Müqavilə olmadan oynayırıq. Yalnız maaş alanda gəlib hansısa kağıza qol çəkirik. Ona görə də istədikləri vaxt istədikləri pulu verirlər. Belə peşəkarlıq olur?! Federasiya üzvləri bizimlə xaricə yarışlara gedirdilər. Amma heç biri gəlib oyunumuza baxıb, bizə dəstək olmurdu. Gedib turist kimi xarici gəzib, qayıdırdılar.

DİGƏR XƏBƏRLƏR

Top