Şəmkirdə ağır qəza: Ölənlər və yaralananlar var


Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy yolunun rayonun Qasımalılar kəndində qeydə alınıb. İlkin məlumata görə, iki avtomobil toqquşub. Nəticədə Bayram Həsən oğlu Gözəlov, onun qızı, Aliyə Bayram qızı Gözəlova və daha bir qadın dünyasını dəyişib.
Avtomobil qəzasında ailənin digər üzvləri, Yasin Bayram oğlu Gözəlov, Hüseyn Bayram oğlu Gözəlov və uşaqların nənəsi, Hicran Camal qızı Əliyeva ağır xəsarətlər alıb. Hadisə zamanı həmçinin daha bir nəfər, Elməddin Orucəli oğlu Zeynalov da müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə 5 təcili tibbi yardım avtomobili və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top