"Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Nort Vest Konstrakşn” MMC olub.
“Nort Vest Konstrakşn” MMC “Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” işləri üçün “Azərsu” ASC-dən 40 milyon 735 min 655 manat 78 qəpik alacaq.
Qeyd edək ki, “Nort Vest Konstrakşn” MMC son 2 ayda “Azərsu” ASC tərəfindən keçirilən daha 2 tender müsabiqəsinin qalibi olub.
Bu ilin sentyabr ayında “Nort Vest Konstrakşn” MMC “Salyan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” işləri üçün “Azərsu” ASC-dən 55 milyon 474 min 319 manat 25 qəpik alıb. Oktyabr ayında isə “Qax şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” işləri üçün “Azərsu” ASC-dən 7 milyon 597 min 997 manat 78 qəpik alıb.
Məlumat üçün bildirək ki, “Nort Vest Konstrakşn” MMC 14.12.2007-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 min manat olan MMC “Nəsimi rayonu, Neftçilər pr., ev 153” ünvanında yerləşir. “Nort Vest Konstrakşn” MMC -nin qanuni təmsilçisi Bədəlov Elçin Tofiq oğludur.
Onu da bildirək ki, “Nort Vest Konstrakşn” MMC-nin qeydiyyatda olduğu “Neftçilər pr., ev 153” ünvanı ölkənin aparıcı şirkətlərindən biri olan “Paşa Holdinq”in yerləşdiyi ünvandır.
A. Cəfərov