
Noyabrın 13-də ermənilərin Şuşa yaxınlığında törətdiyi terror aktı zamanı xidmətdə olan Azərbaycan ordusunun hərbi qulluqçusu hadisə ilə bağlı danışıb.
Yeniavaz.com xəbər verir ki, onun sözlərinə görə, erməni öz maşını ilə gəlib və rus sülhməramlıları ilə sözlü atışmaya, daha sonra isə Azərbaycan hərbçilərini təhqir etməyə başlayıb:
"O, maşından düşdü, əl qumbarasını atdı. O, hasara dəyib, yerə düşdü. Bizim hərbi qulluqçumuz yaralandı".