Ukraynada iki doza peyvənd olunanlara pul mükafatı veriləcək


Ukraynada COVID-19-a qarşı iki doza peyvənd olunan vətəndaşlara 1000 qrivna (65 manat) pul mükafatı veriləcəyi bildirilib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski məlumat verib. Prezidentin sözlərinə görə, iki doza peyvənd olunanlar elektron hökumət sistemi “Diya” vasitəsilə 1000 qrivna əldə edəcəklər:
“Həmin pulla idman zalı və ya fitnes klubu üzvlüyü ala bilərsiniz. Kino, teatr, muzey, konsert salonu, sərgi mərkəzinə gedin və ya daxili səyahətlər üçün bilet alın”.
Qeyd edək ki, proqramın məqsədi iqtisadiyyatın yaradıcılıq, idman və nəqliyyat sektorlarını dəstəkləməkdir. Proqram dekabrın 19-da başlayacaq və bunun üçün təxminən 3 milyard qrivna (193 milyon manat) ayrılacaq.

DİGƏR XƏBƏRLƏR

Top