Haiti Prezidentinin qətlində şübhəli bilinən şəxs İstanbulda saxlanıldı


Haiti prezidenti Jovenel Moizin sui-qəsdilə bağlı aparılan istintaq çərçivəsində qırmızı bülletenlə axtarışa verilən Samir Handal İstanbul hava limanında saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, Handal Maltəpə həbsxanasına göndərilib.
Haiti, Fələstin və İordaniya pasportları daşıdığı öyrənilən şübhəli Samir Handal saat 06:55-də eniş etdiyi İstanbul Hava Limanında saxlanılıb.
Qeyd edək ki, Haiti prezidenti Jovenel Moiz iyulun 7-də evində olarkən naməlum silahlı qrup tərəfindən öldürülüb, həyat yoldaşı Martin Moiz isə yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top