İordaniya Futbol Federasiyası tərəfindən kişi olduğu iddia edilən İranın qadınlardan ibarət milli komandasının qapıçısı Zöhrə Xudai məsələ barədə danışıb.
Yeniavaz.com “Cumhuriyet”ə istinadla xəbər verir ki, Z.Xudai İordaniya Futbol Federasiyasını məhkəməyə verəcəyini bildirib.
“Mən qadınam. Bu zorakılıqdır", – deyə iranlı idmançı bildirib.
Xatırladaq ki, Federasiya qapıçının qadın deyil, kişi olduğunu iddia edərək cinsiyyətinin təsdiqini tələb edib və FİFA-ya şikayət edib
Qeyd edək ki, İordaniya Futbol Federasiyası tərəfindən kişi olduğu iddia edilən Zöhrə Xudai 1989-cu il təvəllüdlüdür və illərdir qadın futbol komandasında çıxış edir.