Azərbaycanlı “qanuni oğru” Türkiyədə saxlanıldı


Azərbaycanlı “qanuni oğru”, kriminal aləmdə “İlqam Bolniski” kimi tanınan İlqam Hacıyev saxlanılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı “qafqazinfo” yayıb. Bildirilib ki, o, Türkiyədə həbs olunub.
Kriminal avtoritetin hansı səbəbdən saxlanılması ilə bağlı hələlik məlumat yoxdur.
Qeyd olunub ki, “İlqam Bolniski” ötən həftə keçirilən “sxodka”da “qanuni oğru” adına layiq görülüb. Gürcüstanın Bolnisi rayonunda anadan olan 40 yaşlı İlqam Hacıyev, mərhum “qanuni oğru” “Lotu Quli”nin yaxın dostu olub.

DİGƏR XƏBƏRLƏR

Top