Mandarin qabığının inanılmaz FAYDALARI


Qışda ən çox yeyilən meyvələrdən biri də mandarindir. Bu meyvə A, B, C vitaminləri, kalsium, lif, kalium, dəmir və fosforla zəngindir. Həmçinin bu meyvənin qabığından istifadə etmək insan üçün çox faydalıdır. Bəs mandarinin qabığından necə istifadə etmək olar? Hansı faydaları var?
Baş ağrısını kəsir
Gün ərzində tez-tez baş ağrısı problemi ilə qarşılaşırsınızsa, mandarin qabıqlarını iyləyə bilərsiniz. Mandarin qabığının tərkibindəki efir yağları sayəsində baş ağrısı qısa müddətdə keçəcək.

Yeməklərdə istifadə edilir
Mandarin qabıqları tərkibindəki bol vitaminlərdən aldığı antioksidant xüsusiyyətləri sayəsində orqanizmi qoruya və immunitet sistemini gücləndirə bilər. Bu səbəbdən onu istədiyiniz xörəklərə, salatlara və ya içkilərə əlavə edə bilərsiniz. Beləliklə, mandarin həzmsizliyin və mədə ağrısının qarşısını alacaq. Bəs yeməklər üçün mandarin qabığını necə hazırlamaq olar?
Mandarin qabıqlarını soyduqdan sonra qaba yerləşdirin. Sobada və ya mümkünsə günəş işığında yaxşıca qurudun. Qurudulmuş mandarin qabıqlarını üyüdün və şüşə qabda hava keçirməyən şəkildə saxlayın. Daha sonra isə yeməklərinizə əlavə edə bilərsiniz.

Mandarin qabığı çayı qrip və yorğunluğu aradan qaldırır
1 stəkan suyu qaynadıb, sonra mandarin qabıqlarını stəkana tökün. Bu şəkildə 10 dəqiqə dəmləyin. Daha sonra suyu süzün, mandarin qabığının parçalarını çıxarın və için.  Mandarin qabığı çayına zövqünüzə uyğun darçın tozu, zəncəfil və bal da əlavə edə bilərsiniz. Bu çay qrip, öskürək və yorğunluğunuzun əsl dərmanı olacaq.

DİGƏR XƏBƏRLƏR

Top