Böyük Britaniyada yaş salfetlərin istifadəsi qadağan olunacaq.
Yeniavaz.com “Sözcü”yə istinadla xəbər verir ki, ölkədə ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün yaş salfetlərin istifadəsi dayandırılacaq. Bildirilir ki, nəm salfetlər kanalizasiya tıxanmalarının 93%-nə səbəb olur ki, onların təmizlənməsi 100 milyon funt-sterlinqə başa gəlir.
Qeyd edək ki, hər il istifadə edilən 11 milyard nəm salfetin 90%-dən çoxunda istehsal olunarkən plastik maddələrdən istifadə edildiyi açıqlanıb.