NATO-nun baş katibi Rusiyaya çağırış etdi


“Rusiyanı hərbi əməliyyatlarında şəffaf olmağa və Ukrayna ətrafında yaratdığı gərginliyi azaltmağa çağırırıq”. 
Yeniavaz.com
xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə birgə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, NATO Ukraynanı dəstəkləyir: 
"NATO vəziyyəti çox diqqətlə izləyir. Ukrayna və Aİ kimi müttəfiqlərimiz və tərəfdaşlarımızla məsləhətləşmələri davam etdiririk. Rusiyanın növbəti təxribatları və ya aqressiv hərəkətləri ciddi narahatlıq doğuracaq. Biz Rusiyanı diqqətli olmağa çağırırıq”.

DİGƏR XƏBƏRLƏR

Top