Bu il Azərbaycanda qeydə alınan nikah və boşanmaların sayı AÇIQLANDI


Dövlət Statistika Komitəsi bu il Azərbaycanda qeydə alınan nikah və boşanma hallarının sayını açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, qurumdan verilən məlumata əsasən 2021-ci ilin yanvar-sentyabr aylarında qeydiyyat şöbələri tərəfindən 41 067 nikaha daxilolma və 12 892 boşanma halları qeydə alınıb.
Qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,5-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

DİGƏR XƏBƏRLƏR

Top