Ermənistanın yeni müdafiə naziri haqqında MARAQLI FAKT - Komandirini bıçaqladığı üçün həbs olunub


Xəbər verdiyimiz kimi, bu gün Ermənistan prezidenti Armen Sarkisyan Arşak Karapetyanı müdafiə naziri vəzifəsindən azad edib və baş nazirin təklifi ilə bu vəzifəyə Suren Papikyanı təyin edib.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Ermənistanın yeni Müdafiə naziri Suren Papikyan 2006-cı ildə hərbi xidmətdə olan zaman həbs olunub.
Suren Papikyan hərbi xidmətdə olarkən komandirinə bıçaqla xəsarət yetirib və 27 mart 2006-cı il tarixdə 5-ci qarnizon hərbi məhkəməsi tərəfindən 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. 
Təxminən bir il sonra - 2007-ci il fevralın 23-də amnistiyaya əsasən azadlığa çıxıb.

DİGƏR XƏBƏRLƏR

Top