Xalq artisti Arif Babayevin səhhəti ilə bağlı oğlu danışdı


Xalq artisti Arif Babayev müalicəsini evə şəraitində davam etdirir.
Bunu Yeniavaz.com-a Xalq artistinin oğlu Yaşar Babayev bildirib.
Onun sözlərinə görə, atasının səhhəti yaxşıdır: "Hazırda ev şəraitində müalicəsi davam etdirilir. Özünü yaxşı hiss edir. Hər şey qaydasındadır".
Y.Babayev bildirib ki, Xalq artisti koronavirusdan qorunmaq üçün pandemiya qaydalarına riayət edir: "Qaydalara əməl etməklə, bəzən açıq havaya da çıxır, gəzir".
Qeyd edək ki, 83 yaşlı Xalq artisti Mərkəzi Klinik Xəstəxanada sinir sistemi ilə əlaqədar müalicə alıb.

DİGƏR XƏBƏRLƏR

Top