Myanma hakimiyyəti terrorizmdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilən amerikalı jurnalisti sərbəst buraxıb.
Yeniavaz.com “RİA Novosti”yə istinadla xəbər verir ki, jurnalist Denni Fenster bu gün Hərbi Dövlət İnzibati Şurasının qərarı ilə azadlığa buraxılıb.
Qeyd edək ki, “Myanmar” jurnalının və “Frontier Myanmar” xəbər portalının redaktoru Fenster 2021-ci ilin mayında ölkəni tərk etmək istəyərkən həbs edilmişdi.