Ərdoğan İrana səfər edəcək


Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan Tehrana səfər edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında deyib.
H. Əmir Abdullahiyan bildirib ki, Türkiyə Prezidentinin İrana səfəri yaxın zamanlarda baş tutacaq: “Bu gün türkiyəli həmkarımla regionda və beynəlxalq aləmdə baş verən müxtəlif məsələləri müzakirə etdik. Türkiyə Prezidentinin Tehrana səfəri zamanı iki ölkənin əməkdaşlığını artırmaq üçün yol xəritəsi imzalanacaq".
M. Çavuşoğlu İrana qarşı tətbiq olunan sanksiyaları pisləyib və Hərtərəfli Birgə Fəaliyyət Planından çıxan ölkələri bu plana geri qayıtmağa çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top