Sosial şəbəkələrdə “Qoç Ət” restoranlar şəbəkəsinin Şuşada yerləşən filialında hərbçilərə 700 manat hesab “oxuması” barədə məlumatlar yayılıb.
Yeniavaz.com xəbər verir ki, məsələ ilə bağlı “Qoç Ət” öz “Instagram” profilində açıqlama yayımlayıb.
Açıqlamada yayılan xəbərlər təkzib olunub.
“Sosial şəbəkələrdə “Azad söz” səhifəsinin bizim haqqımızda yazdıqları tamamilə həqiqətdən uzaqdır. Bütün bunlar yalan, böhtan və təxribatdır. Şuşada yerləşən restoranımızda belə bir hal baş verməyib. Şuşa filialımızı açmaqda məqsədimiz gəlir qazanmaq deyil, hərbçilərimizə, orada çalışanlara, qonaqlara xidmət etməkdir. Məlum səhifə yalan və təxribat yaydığı üçün qanun qarşısında cavab verəcək”.