Paşinyan müdafiə nazirinin dəyişdirilməsinin səbəbini açıqladı


Xəbər verdiyimiz kimi, Ermənistanda müdafiə naziri postunda dəyişiklik olub. Arşak Karapetyanı baş nazirin sabiq müavini Suren Papikyan əvəz edib.
Yeniavaz.com
xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu dəyişikliyin səbəbini açıqlayıb.
Təhlükəsizlik Şurasının iclasında çıxış edən Paşinyan bildirib ki, buna səbəb Azərbaycan ordusunun yeni erməni postlarını ələ keçirməsidir.
“Bu qərar dünənki hadisələrin təhlilindən sonra verilib. Mən səhər cənab Karapetyanı dəvət etdim və nazir kimi gördüyü işlərə görə təşəkkür etdim, dedim ki, onun gördüyü hər şeyi yüksək qiymətləndirirəm. Lakin hazırda yaranmış vəziyyət məni nazirin dəyişdirilməsi ilə bağlı qərara vadar etdi”.
Qeyd edək ki, görüş zamanı Baş Qərargah rəisi Artak Davtyanın sərhəddəki əməliyyat vəziyyəti ilə bağlı hesabat təqdim etməli olduğu da vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Top