İngiltərədə taksi sürücüsünün avtomobilə kilidlədiyi terrorçu özünü partlatdı - VİDEO


İngiltərədə taksi sürücüsü Birinci Dünya Müharibəsində həyatını itirən ingilis əsgərlərinin anım mərasimində terrorçunu zərərsizləşdirib.
Yeniavaz.com
“Sözcü”yə istinadla xəbər verir ki, bu barədə ingilis mətbuatı xəbər yayıb. Məlumata görə, taksi sürücüsü sərnişin kimi götürdüyü şəxsin qərarsız davranışını və paltarından sallanan kabeli görərək şübhələnib. Belə ki, sürücü şübhəli taksidən enməmişdən əvvəl avtomobildən düşüb və maşını kilidləyib. Təşvişə düşən terrorçu üzərindəki partlayıcıları işə salaraq həyatına son qoyub.
Qeyd edək ki, anım mərasiminə 2000-dən çox əsgər, veteran və tamaşaçının gələcəyi bildirilmişdi. Polis hücumla əlaqədar üç şübhəlini saxlayıb.

DİGƏR XƏBƏRLƏR

Top