Saakaşvili növbəti məhkəməyə gətirilməyəcək? – AÇIQLAMA


Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti təhlükəsizlik baxımından eks-prezident Mixail Saakaşvilini növbəti məhkəmə iclasına çıxarmaqdan yenə imtina edib.

Yeniavaz.com xəbər verir ki, bununla bağlı Xüsusi Penitensiar Xidmət rəsmi məlumat yayıb.

Məlumatda bildirilir ki, Saakaşvilinin məhkəməyə çıxarılması onun sağlamlığı üçün əlavə risklər yarada bilər.

Gürcüstan Ədliyyə Nazirliyi Saakaşvilinin mühakiməsinin uzaqdan və ya həbsxana xəstəxanasında aparılmasını təklif edir.

Qeyd edək ki, qərar qəbul olunarsa, məhkəmə prosesinin 18 saylı tibb müəssisəsində keçirilməsi təmin ediləcək.
 

DİGƏR XƏBƏRLƏR

Top