Rusiya bazara 50-yə yaxın yeni silah çıxaracaq


“Yaxın 5-7 il ərzində "Rosoboroneksport" (Rusiyada hərbi məhsullar istehsal edən şirkət) bazara silahlı qüvvələrin bütün növləri üçün təxminən 50 yeni model gətirməyi planlaşdırır”.

Yeniavaz.com xəbər verir ki, bunu “Dubay Airshow 2021”də “Rosoboroneksport”un rəhbəri Aleksandr Mixeyev deyib.

Mixeyev qeyd edib ki, yeni məhsullar arasında 20-dən çox aviasiya texnikası nümunəsi və 10 hava hücumundan müdafiə sistemi və kompleksi olacaq.

Qeyd edək ki, “Dubai Airshow 2021” Beynəlxalq Sərgisi noyabrın 14-dən 18-dək Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək.
 

DİGƏR XƏBƏRLƏR

Top