Bu ölkədə COVID-19 peyvəndi olmayanlara komendant saatı tətbiq edildi


Avstriyada koronavirusa qarşı peyvənd olunmayan 12 yaşdan yuxarı şəxslər üçün bu gündən etibarən komendant saatı tətbiq olunacaq.

Yeniavaz.com “CNN türk”ə istinadla xəbər verir ki, bu barədə Avstriya hökuməti xəbər yayıb. 

Belə ki, peyvənd olunan və son 6 ayda xəstəliyi olan insanlar istisna olmaqla, peyvənd olunmayan təxminən 2 milyon insanın evdən çıxmasına icazə verilməyəcək.

Qeyd edək ki, peyvənd olunmayanlar yalnız iş, təhsil, məcburi ehtiyaclarını ödəmək üçün evdən çıxa biləcəklər.
 

DİGƏR XƏBƏRLƏR

Top