Blinken Polşa-Belarus sərhədindəki böhrana görə bu ölkələri günahlandırdı


Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə ABŞ dövlət katibi Antoni Blinken arasında Polşa-Belarus sərhədindəki qaçqın böhranı ilə bağlı telefon danışığı olub.

Yeniavaz.com AA-ya istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Preys xəbər yayıb. Verilən məlumata görə, telefon danışığı zamanı Blinken bildirib ki, ABŞ Polşa-Belarus sərhədindəki qaçqın böhranına görə açıq şəkildə Belarus prezidenti Aleksandr Lukaşenkonu və Rusiyanı günahlandırır:

“Lukaşenko rejiminin hərəkətləri regionda təhlükəsizliyi təhdid edərək parçalanmanı gücləndirsə də, əsas məqsəd diqqəti Rusiyanın Ukrayna sərhəddindəki addımlarından digər tərəfə yayındırmaqdır”.
 

DİGƏR XƏBƏRLƏR

Top