Ermənistan Mərkəzi Seçki Komissiyası respublikanın bir sıra yerlərində yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə səsvermənin ilkin nəticələrini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, komissiyasının məlumatına görə, hakim “Mülki Müqavilə” partiyası 5791 səs toplayıb.
Qafan icmasının (Sünik rayonu) rəhbəri Qevorq Parsyanın rəhbərlik etdiyi siyasi partiya seçkilərdə inamlı qələbə qazanıb.
Qeyd edək ki, ilkin mərhələdə səsvermə hüququ olan 80 798 vətəndaşdan 38 295 nəfəri səsverməyə gəlib.