Belarus-Polşa sərhədində 571 İraq vətəndaşı aşkarlandı


İraq hökuməti Belarus və Polşa sərhədindəki 8 düşərgədə 571 İraq vətəndaşının olduğunu bildirib.

Yeniavaz.com AA-ya istinadla xəbər verir ki, bu barədə İraqın Xarici İşlər Nazirliyinin nümayəndəsi Əhməd əs-Səhhaf açıqlama verib. O bildirib ki, hökumət vətəndaşların bu ölkələr vasitəsilə digər ölkələrə getməyinin qarşısını almaq üçün bəzi dövlətlərlə koordinasiyalı işlərə başlayıb.

Əhməd əs-Səhhaf həmçinin bildirib ki, könüllü olaraq geri qayıtmaq istəyən İraq vətəndaşları üçün noyabrın 18-də ekspedisiya təşkil ediləcək.

Qeyd edək ki, İraq hökuməti ötən ilin avqustunda Belarus və Litva sərhədində qalan 690 vətəndaşı geri qaytarmışdı.
 

DİGƏR XƏBƏRLƏR

Top