İsraildə 5-11 yaş qrupu üçün koronavirus peyvəndi təsdiqləndi


İsrail koronavirus peyvəndini 5-11 yaş qrupu üçün təsdiqlədiyini açıqlayıb.

Yeniavaz.com “Sözcü”yə istinadla xəbər verir ki, bu barədə İsrail  Səhiyyə Nazirliyi xəbər yayıb. Verilən məlumata görə, Pfizer/BioNTech tərəfindən hazırlanmış COVID-19 peyvəndi 1/3 doza nisbəti ilə 5-11 yaş qrupu üçün təsdiqlənib.

Qeyd edək ki, İsraildə başlanacaq peyvənd kampaniyası ilə 5-11 yaş qrupunda təxminən 1,2 milyon uşağın peyvənd edilməsi nəzərdə tutulur.
 

DİGƏR XƏBƏRLƏR

Top