Türkiyəli məşqçi AFFA-nın təklifini qəbul etmədi


Türkiyəli baş məşqçi Okan Buruk Azərbaycan millisinin sükanı arxasına keçməkdən imtina edib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, 48 yaşlı mütəxəssis AFFA-nın təklifini qəbul etməyib.
Onun hazırda ölkə xaricində işləmək istəmədiyi üçün bu addımı atdığı bildirilib. İddiaya görə, Anadolu klublarından da təklif alan Burukun əsas hədəfi İstanbul təmsilçilərindən birinə rəhbərlik etməkdir.
Qeyd edək ki, Türkiyə mətbuatı daha əvvəl Samet Aybabanın AFFA ilə anlaşdığını yazıb.

DİGƏR XƏBƏRLƏR

Top