Sabirabadda özünü yandıran şəxs xəstəxanada ölüb


Sabirabad rayonunun Yolçubəyli kənd sakini, 1973-cü il təvəllüdlü Eldarov Elsər Eldar oğlu noyabrın 13-də üzərinə benzin tökərək özünü yandırıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, ağır yanıq xəsarətləri alan 48 yaşlı kənd sakini 5 saylı Bakı şəhər Kliniki Xəstəxanasına yerləşdirilsə də, bu gün dünyasını dəyişib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top