Güney azərbaycanlı fəal Məsud Qasımzadə noyabrın 13-də Təbriz şəhərində İranın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı vasitəsilə məlumat yayıb. Gənc fəalın heç bir məhkəmə qərarı olmadan tutularaq naməlum yerə aparıldığı iddia edilir.
Qeyd edək ki, Məsud Qasımzadə Güney Azərbaycanın milli fəallarından və “Traxtur” futbol klubunun (tim) ən böyük tərəfdarlarından olub. O, ərdəbilli olsa da, hazırda Təbriz yaşayır.
Qasımzadənin milli fəaliyyətlərinə görə İranın hüquq-mühafizə orqanları tərəfindən dəfələrlə zəng edilərək təhdidlərlə üzləşdiyi iddia olunur.