İranda daha bir zəlzələ baş verib, ölən var - YENİLƏNİB


İranın cənubundakı Hörmüzqan əyalətində 6,3 bal gücündə ikinci zəlzələ baş verib.
Yeniavaz.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, episentri Hörmüzqan vilayətinin Kəşm rayonunun Laft bölgəsində olan yeraltı təkanlar saat 15:36-da qeydə alınıb. Zəlzələnin 18 kilometr dərinlikdə baş verdiyi bildirilir.
Zəlzələ zamanı elektrik dirəyinin aşması nəticəsində 1 nəfər ölüb.

***16:34
İranın cənubunda 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Yeniavaz.com
"TASS"a istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri təxminən 352 min insanın yaşadığı İranın Bəndər Abbas limanından 59 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top