Axtarışda olan 26 yaşlı oğlan saxlanıldı


Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının Qazax rayon Polis şöbəsinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat tədbiri nəticəsində Qazax rayon Aşağı Salahlı kənd sakini 1995-ci il təvəllüdlü Süleymanov Turan Əli oğlu saxlanılıb.
Bu barədə Yeniavaz.com-a Penitensiar Xidmətdən bildirilib.
Qeyd edilir ki, o, istintaq orqanına təhvil verilib. T.Süleymanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5-ci maddələri ilə axtarışda olub.

DİGƏR XƏBƏRLƏR

Top