Postumuza qumbara atan terrorçu Ermənistanda mükafatlandırılacaq


“Ermənistan milli qvardiyası” adlı təşkilat Şuşa şəhəri yaxınlığında azərbaycanlı hərbçilərə qumbara atan erməni terrorçu Norayr Mirzoyana 1000 dollar verəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə adı çəkilən təşkilatın Facebook səhifəsində bildirilib.
“"Ermənistan milli qvardiyası" Norayr Mirzoyana (ailəsinə) 1000 dollar verəcək və əlavə təşəbbüslə çıxış edəcək”, - deyə təşkilat bəyan edib. Qurum Norayr Mirzoyanı “mübarizə lideri” adlandıraraq “onu tək qoymamaq hamımızın borcudur”, - deyə Ermənistana çağırış edib.
Xatırladaq ki, noyabrın 13-də erməni terrorçu Norayr Mirzoyan Şuşa yaxınlığında təxribat törədib. Rəsmi məlumata əsasən, avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan N.Mirzoyan Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında maşından düşüb və orada xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinə doğru əl qumbarası atıb.
Hadisə nəticəsində üç azərbaycanlı hərbçi xəsarət alıb.

DİGƏR XƏBƏRLƏR

Top