Metroda saxlanılan koronavirus xəstəsi: “Qayınanamın yanına gedirdim” - MƏHKƏMƏ


Bakı Metropolitenində polis şöbəsinin əməkdaşları tərəfindən “20 Yanvar” stansiyasında saxlanılan aktiv koronavirus xəstəsi- 1979-cü il təvəllüdlü E.Hüseynovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Yeniavaz.com
musavat.com-a istinadla xəbər veri ki, məhkəmə onun azadlığının məhdudlaşdırılamsı ilə bağlı hökm çıxarıb.
İttihama görə E.Hüseynov Xırdalanda yaşayır və aktiv koronavirus xəstəsi olduğunu bilə-bilə yaşadığı ünvanı tərk edib.
Məhkəmədə ifadə verən E.Hüseynov deyib ki, saxlanılmadan bir neçə gün əvvəl halsızlıq və baş ağrıları olub. Bir neçə sistem vurdurduqdan sonra özünü yaxşı hiss edib. Amma koronavirusa yoluxub-yoluxmadığını dəqiqləşdirmək üçün təcili yardıma zəng edib və test verib. Onun testinin nəticəsi pozitiv çıxıb və evi tərk etməməsi barədə bildiriş alıb. Sahə həkimi 2-3 gündən bir zəng edərək ona xəbərdarlıq edib.
Lakin E.Hüseynov yaşadığı Xırdalan şəhərindən Bakıya gəlib. 1 manatlıq taksiyə minən E.Hüseynov “20 Yanvar” metrostansiyanın yanında düşüb.
E.Hüseynov ifadə verən zaman deyib ki, taksidə ondan baqşa 3 nəfər də olub. Taksiyə minəndə və metroya daxil olanda maskasını çıxarmadığını deyən E.Hüseynov polis əməkdaşlarının ondan şübhələndiyini deyib.
Belə ki, E.Hüseynov polisləri görən zaman geri qayıdıb. Bu zaman da polislər ondan şübhələnib. Ona yaxınlaşaraq özünü təqdim etməsini istəyiblər. Əvvəlcə özünü təqdim etmək istməyən E,Hüseynov daha sonra şəxsiyyət vəsiqəsini polis əməkdaşlarına verməyə məcbur olub. Yoxlama zamanı onun aktiv koronavirus xəstəsi olduğu məlum olub.
E.Hüseynov polis əməkdaşlarına da, məhkəmədə hakimə də deyib ki, evdən çıxaraq özəl klinikalardan birində əməliyyat olunan qayınanasını ziyarət emtəyə gedirmiş.
E.Hüseynov əməlindən peşman olduğunu deyib. Bir oğlunun əsgərlikdə olduğunu, daha iki azyaşlı övladının olduğunu bildirən E.Hüseynov məhkəmədən ona daha yüngül cəza verilməsini xahiş edib.
Məhkəmənin hökmü ilə E.Hüseynov Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlığı məhdudlaşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top