Tovuzda itkin düşən ana və 5 yaşlı oğlu Bakıda tapıldı


Tovuzda itkin düşən ana və 5 yaşlı oğlu tapılıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bu barədə itkin düşən 1993-cü il təvəllüdlü Tacirə Aslanovanın atası Şahin Aslanov məlumat verib.
Ata qeyd edib ki, qızı Bakı şəhərindən tapılıb və Tovuz Rayon polis şöbəsinin əməkdaşları tərəfindən onlara təhvil verilib.
Hazırda onların səhhətində hər hansı bir problem yoxdur.
Hadisənin təfərrüatları araşdırılır.
Qeyd edək, rayonun Aşağı Quşçu kənd sakini 1993-cü il təvəllüdlü Tacirə Aslanova və onun övladı – 2016-cı il təvəllüdlü Nihat Quliyev oktyabr ayının 30-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

DİGƏR XƏBƏRLƏR

Top