Narkotik aludəçisi anasından polisə şikayət edən azyaşlı qız danışdı - VİDEO


10 yaşlı Ayla (ad şərtidir) anası və nənəsi ilə yaşayır, atası yoxdur.
Yeniavaz.com
"Baku TV"yə istinadla xəbər verir ki, o, anasının onu uzun müddət küçələrdən pul gətirməyə məcbur etdiyini bildirib. Azyaşlının sözlərinə görə, anası narkotik istifadəçisidir. Ona dəfələrlə əməlindən çəkinməyi desə də, anası onun sözünə baxmayıb.
Ayla da anasını polisə şikayət edib. Azyaşlı həmçinin anasının onu döydüyünü, işgəncələr verdiyini iddia edir.
Anası ilə yaşamaqdan imtina edən uşağı polis əməkdaşları “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə təhvil verib.
Ətraflı Baku TV-nin süjetində tanış ola bilərsiniz:

DİGƏR XƏBƏRLƏR

Top